Bakının mərkəzində əməliyyat - Avtoritet ƏLƏ KEÇDİ
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq “Kalaşnikov” markalı avtomat gəzdirən şəxs saxlanılıb. Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin keçirdiyi əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş İmişli rayon sakini Qasıməli Qasımov tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Qasıməli Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saxlanılan şəxs kriminal çevrələrdə “Qara İmişlinski” adı ilə tanınır. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxunub: 40
Paylaş: