Paytaxtda daha bir ünvanda evlər söküləcək: Sakinlərə 10 gün vaxt verilib

Bakının Nəsimi rayonu ərazisində köhnə evlərin sökülməsi davam edir, fərdi evlər sökülərək yerində çoxmərtəbəli binalar inşa olunur.
Globall.az xəbər verir ki, bu dəfə söhbət İlqar İsmayılov küçəsindəki birmərtəbəli və ikimərtəbəli fərdi evlərdən gedir.
Belə ki, sakinlərə söküləcək evləri müqabilində hər kvadratmetrinə 1500 manat kompensasiya təklif olunub. Tikinti işini aparacaq şirkət rəsmiləri sakinlərə kirayə ev tapmaq üçün 10 gün vaxt veriblər.
Yeni binaların tikiləcəyi müddət ərzində isə vətəndaşlara kirayə pulu veriləcək.
Qeyd edək ki, ərazidə yaşayış binasını özəl tikinti şirkəti həyata keçirəcək.
Oxunub: 249
Xəbəri paylaş
Paylaş:





















Bakıda bu evlərin kirayə haqqı bahalaşıb