Türkiyədə zəlzələ baş verən ərazi -
XƏRİTƏ
Türkiyədə 7.4 bal gücündə zəlzələ baş verib. “Röyters” agentliyi zəlzələnin baş verdiyi ərazilərin ilkin xəritəsini yayıb. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi isə yeraltı təkanların baş verdiyi ərazilərin siyahısını paylaşıb. Məlumata görə, ən güclü zəlzələ Qəhrəmanmaraşın Pazarcık rayonunda 7.4 bal gücündə baş verib. Qaziantepin Nurdağı rayonunda 6.6, İslahiyə rayonunda 6.5, Adayamanın Gölbaşı rayonunda 5.3, Çelikxan rayonunda 5.1, Malatyanın Doğanşəhir rayonunda 5.6, Pütürgə rayonunda 4 bal gücündə zəlzələ qeydə alınıb. Qeyd edək ki, baş verən zəlzələ nəticəsində ilkin məlumatlara görə, 76 nəfər həlak olub, 440 nəfər yaralanıb.
Oxunub: 192
Xəbəri paylaş
Paylaş: