Ərdoğan ölənlərin sayını açıqladı –
ŞOK RƏQƏM
Türkiyədə baş verən zəlzələdə 912 nəfər həyatını itirib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Ötən əsrdə yaşadığımız 1939-cu il Ərzincan zəlzələsindən sonra ən böyük fəlakətlə sarsıldıq. Hadisə zamanı 5385 vətəndaşımız xəsarət alıb. Dağıntılar altından isə 2470 nəfər xilas edilib", - Ərdoğan bildirib. Türkiyə lideri həmçinin vurğulayıb ki, ümumilikdə 2818 bina dağılıb.
Oxunub: 124
Xəbəri paylaş
Paylaş: