Türkiyə parlamenti fəaliyyətini müvəqqəti dayandırdı
Türkiyə parlamenti ölkədə baş verən dəhşətli zəlzələ ilə bağlı öz işini bir həftəlik dayandırıb. Globall.az xəbər verir ki, bu barədə məlumatı DHA yayıb. “Biz böyük zəlzələ fəlakəti ilə qarşı-qarşıyayıq. Məclisdəki bütün siyasi partiyalarla razılaşaraq, fəaliyyətimizə bir həftəlik fasilə veririk”, - AKP-nin TBMM-dəki fraksiyasının başçısı Mustafa Əlidaş bildirib. Xatırladaq ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində 1014 nəfər həlak olub, daha 5385 nəfər isə yaralanıb.
Oxunub: 89
Xəbəri paylaş
Paylaş: