Zamin Salayev adam bıçaqladı
“Lökbatan dairəsi”ndə 43 yaşlı kişi bıçaqlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki “Lökbatan dairəsi” adlanan yerdə naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini 1980-ci il təvəllüdlü Natiq Bafadar oğlu Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Salyan rayon sakini 1976-cı il təvəllüdlü Zamin Oqtay oğlu Salayev saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır. Qeyd edək ki, Zamin Salayev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür .
Oxunub: 148
Xəbəri paylaş
Paylaş: