“Sabah” qəzetinin iki müxbirindən xəbər yoxdur
Türkiyənin bir sıra bölgələrində baş verən zəlzələdən sonra “Sabah” qəzetinin iki müxbirindən məlumat yoxdur. Bu barədə “Sabah” qəzeti məlumat yayıb. “Bütün cəhdlərimizə baxmayaraq, qəzetimizin Hatay müxbiri Yasir Çaparoğlu ilə hələ əlaqə saxlaya bilməmişik. Həmçinin, Antakyada yaşayan iqtisadiyyat üzrə müxbirimiz Mərvə Bilkay və anasından zəlzələnin ilk saatlarından xəbər yoxdur”, - məlumatda deyilir.
Oxunub: 275
Xəbəri paylaş
Paylaş: