Bakıda yardım toplama yeri dəyişdirildi –
YENİ ÜNVAN
Türkiyədəki zəlzələdə zərər çəkənlərə yardımların toplanması artıq Babək prospektində yerləşən “Doğtaş” mebel mağazasında aparılmayacaq. Bu barədə Türkiyənin ölkəmizdəki səfirliyindən məlumat verilib. Məlumatda sözügedən qərarın nəqliyyatın işində sıxlıq yaşanmaması üçün verildiyi qeyd olunub. Artıq yardımlar Tiflis prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində qəbul ediləcək.
Oxunub: 128
Xəbəri paylaş
Paylaş: