Türkiyədə zəlzələyə görə seçkilər təxirə salınacaq?
Türkiyədə baş vermiş zəlzələdən sonra 14 mayda keçirilməsi planlaşdırılan seçkilərin ertələnib-ertələnməyəcəyi müzakirə olunur. "Bloomberg" nəşri bu barədə özəl mənbələrinə istinadən yazıb. Nəşr bildirir ki, mayın 14-nə təyin edilmiş prezident və parlament seçkilərini təxirə salınmayacaq. "Ərdoğan zəlzələ səbəbindən seçkiləri təxirə salmaq niyyətində deyil", - deyə məlumatda qeyd olunub. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 7108 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 40 910 nəfərdir. /cebheinfo.az/
Oxunub: 114
Xəbəri paylaş
Paylaş: