Bu ərazidəki azərbaycanlılar ölkəyə təxliyə ediləcək
Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib. Qeyd olunub ki, bu gün saat 16:00-da təxliyə avtobusu Qəhrəmənmaraş vilayətindən Azərbaycana yola düşəcək. Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Oxunub: 95
Xəbəri paylaş
Paylaş: