YAŞAT Fondu Vətən müharibəsi şəhidinin borcunu ödəyib
YAŞAT Fondu Vətən müharibəsinə yollanan, Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Eldar Həsənlinin borc öhdəliklərini qarşılayıb.
Bu barədə fonddan məlumat verilib.
Bildirilib ki, şəhidin ailəsinin məişət şəraiti YAŞAT Fondu tərəfindən yaxşılaşdırılıb, tibbi xərcləri, borc öhdəlikləri qarşılanıb və dünyaya gələn övladı üçün depozit hesabı açılaraq 5 000 AZN vəsait onun hesabına yerləşdirilib.
Oxunub: 173
Xəbəri paylaş
Paylaş: