İlk zəlzələdən sağ qurtulan ailə əşya götürmək üçün girdikləri evin altında qalıb

Türkiyədə ilk zəlzələdən sağ çıxan ailə ikinci zəlzələdə dağıntılar altında qalıb.
Zəlzələdən ən çox zərər çəkən bölgələrdən biri də Malatya şəhərinin Battalqazi mahalı olub.
Battalqazidə 5 mərtəbəli binada ailəsi ilə yaşayan 25 yaşlı Məhəmməd Can Yılmaz, anası Fadimə və atası Tahsin Yılmaz ilk güclü zəlzələdən sonra yaşadıqları binadan sağ qurtulub.
Onların yaşadıqları beşmərtəbəli bina ilk sarsıntıda yıxılmasa da, qismən zərər görüb.
Daha sonra hər 3 şəxs əşya almaq üçün evə daxil olub. Həmin vaxt baş verən ikinci güclü zəlzələdə binanın dağıntıları altında qalıb.
25 yaşlı gəncin bir gün əvvəl nişanlandığı üzə çıxıb.
Yılmaz ailəsinin xilas edilməsi üçün işlər davam etdirilir.
Oxunub: 169
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 
 
	 
	 
	





















 
							 
							 
							 
							