Türkiyədə dəhşətli zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB
Türkiyədə baş vermis dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 14351-ə çatıb.
Bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oqtay məlumat verib.
Onun sözlərinə görə, yaralıların 63794-dür. Zəlzələ nəticəsində dağılan binaların sayı isə 6444-ə bərabər olub.
***
“14 min 14 nəfər zəlzələ nəticəsində həlak olub”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə çıxışında deyib.
O bildirib ki, 64 794 nəfər isə yaralanıb: “Axtarış-xilasetmə tədbirləri davam edir”.
***
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb.
***
Türkiyədə dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 12 mini ötüb.
Bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.
Məlumata görə, həlak olanların sayı 12 391 nəfərə çatıb. Yaralıların sayı isə 62 914 nəfərə yüksəlib.