Vətəndaşlarımızı Türkiyədən gətirən avtobusların son dayanacağı bəlli oldu
Türkiyədən Azərbaycan vətəndaşlarını təxliyə edən avtobuslar Bakı Avtovağzal Kompleksinə gəlir.
Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.
O bildirib ki, bu günə qədər Azərbaycana dörd təxliyə avtobusu çıxıb:
“Axşama qədər bir neçə avtobusun da gələcəyi gözlənilir. Hələlik dəqiq saat yoxdur, lakin olan kimi ictimaiyyətə məlumat veriləcək”.
***
Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir.
Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən xəbərə görə, 9 fevral tarixində saat 14:00-da təxliyə avtobusu Qaziantep vilayəti avtovağzalından Azərbaycana yola düşəcək.
Oxunub: 177
Xəbəri paylaş
Paylaş: