Günorta bir yerdə yeyib içdiyi qaynını axşam öldürdü -
İLGİNC SƏBƏB
Bakıda qaynını qətlə yetirməkdə təqsirli bilinən Əfqan Yusubovun cinayət işi üzrə təfərrüatlar məlum olub. Hadisə Biləcəri qəsəbəsi, M.Aslanov küçəsində baş verib. Əfqan Yusubovla qaynı Vüqar arasında mübahisə düşüb. Mübahisə zamanı Əfqan Yusubov qaynına bıçaqla zərbə endirib. Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Keçirilən əməliyyat tədbirləri nəticəsində Əfqan Yusubov saxlanılıb. O, ifadəsində bildirib ki, Yevlax rayonunda anadan olub. O, qayınları Vüqar və Kazım Salmanovlarla birgə fərdi həyət evində yaşayıblar və günə muzd fəhlə işləyiblər. Vüqar 4 il əvvəl polisə müqavimət göstərdiyi üçün həbs olnub və məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. Təxminən 5 ay əvvəl azadlığa çıxıb. Hadisədən 3 gün əvvəl Vüqar qohumu Şərifin DVD aparatı satdığını bildirdik də, Əfqan Vüqardan aparatı onun üçün almasını xahiş edib və sonuncu alacağına söz verib. Ayın 10-da günorta o, qayınarı ilə yeyib içib. Axşam saatlarında isə hər üçü Şərifin yaşadığı Biləcəri dəmir yolu stansiyasının yaxınlığındakı evinə gediblər. Vüqarın aparatı və televizoru Şərifdən hansı qiymətə alması barədə məlumatı olmayıb. Onlarda 15-20 dəqiqə oturduqdan sonra yenidən evə qayıdıblar. Yolla gələrkən o, Vüqardan DVD aparatını istəyib. Qaynı isə onu özünə aldığını deyib. Buna görə aralarında mübahisə yaranıb. Həyətdə qayınanası və arvadı nə baş verdiyini soruşduqda o, Vüqarın aparatı ona alacağı təqdirdə sonradan özünə götürdüyünü bildirib. Vüqar cavabında ona düz elədiyini deyib. Digər qaynı Kazım isə ünvanına təhqiramiz ifadə işlətdikdə o, əli ilə sonuncunun sinəsindən itələyib. Şərif Kazımı tutaraq kənara çəkib. Vüqar isə evə keçərək əlində bıçaq həyətə çıxıb. Buna görə qayınanası yaylığını yerə ataraq oğlundan bıçağı yerə qoymasını tələb edib. Qadınlar araya girərək Vüqarın onu vurmasının qarşısını almağa baxmayaraq Salmanov bir neçə dəfə ona tərəf bıçaq atıb. Amma Əfqan zərbələrdən yayınıb. Axırıncı dəfə o, sol əli ilə Vüqarın əlində olan bıçağı tutmaq istəyəndə əlini kəsib. "Dedim DVD-ni ver mənə. Qayıtdı dedi ki, DVD-də götürürəm televizoruda. Dedim Vüqar bəs dünən dedin axı DVD-ni sənin üçün götürəcəm. Başladı aramızda dava düşməyə. Getdi evdən bıçaq götürüb gəldi üstümə. Bir-iki dəfə bıçağı atdı mən tərəfə. Üçüncü dəfə atanda əlimlə tutdum bıçağı. Birdə gördüm haçan bıçaq batın ona xəbərim olmayıb". Əfqan Yusubov bildirib ki, hadisədən sonra özünü itirdiyindən əlində bıçaq küçəyə qaçıb. Oradan isə Dəmir yolu stansiyasına tərəf gedib. Xeyli vaxt tək oturduqdan sonra taksi ilə Binəqədi RPİ-nə gələrək təslim olub. Yusubov onu da əlavə edib ki, heç vaxt qayınları Vüqar və Kazımla ədavəti olmayıb. Hadisə bir dəqiqədən az davam etdiyinə görə dəqiq olaraq kimin nə hərəkət etdiyi yadında qalmayıb. Salmanovun sözlərinə görə Əfqanın üzərində həmişə açılıb bağlanan bıçaq olub. Şahid qismində dindirilən mərhumun anası Zemfira və tutulan şəxsin arvadı Təranə Salmanovalar qeyd ediblər ki, Vüqarın üzərində bıçaq olmayıb və məntiqlə o, Əfqanın üzərinə kəsici alət çıxarmayıb. Onlarda Əfqan Yusubovun dedklərinin yalan olmasını bildiriblər. Lakin məhkəmə onun ifadəsinin bu hissəsini inandırıcı hesab etməyərək özünü müdafiə edən ifadə kimi qiymətləndirib. Sonda məhkəmənin hökmü ilə Əfqan Yusubov 16 il müddətinə azadlıqdan məhrum olunub.
Əfqan Yusubov ifadəsinin davamında bildirib ki, sağ əli ilə qaynının qolunu buranda, Vüqar aləti əlindən almağa cəhd göstərib. Sonra isə bıçağın ona dəydiyini deyib.
Qətlə yetirilən şəxsin qardaşı Kazım Salmanov Əfqanın yalan danışdığını bildirib. Belə ki, Vüqar söyüş söyən Əfqanın çağırışına həyətə çıxıb. Onunla Şərif isə evdə DVD aparatının quraşdırmaqla məşğul olublar və onların dava edə biləcəklərini düşünməyiblər.
Bir neçə dəqiqədən sonra anası qışqıraraq Vüqarın öldüyünü deyib. Maşın saxlayaraq qardaşını xəstəxanaya aparıblar.
Məhkəmə proesində Əfqan Yusubov ittiham üzrə özünü təqsirli bilməyərək qeyd edib ki, güya Vüqar Salmanov onu vurmaq istəyən zaman o, bıçağı onun əlindən almağa cəhd edib və nəticədə kəsici alət təsadüfən sonuncuya dəyib.