Bakıda kişi səs yazısı ilə şantaj edildi
Bakıda kişi şantaj olunub. Bu barədə zərərçəkən 61 yaşlı Xankişi Balakişi oğlu Quliyev polisə müraciətdə bildirib. Onun sözlərinə görə, Abşeron rayon sakini 53 yaşlı Vidadi Bahadur oğlu Maqsudov onu qadınla olan səs yazısını yayacağı ilə hədələyib. Bu yolla 2015-ci ildən 2023-cü ilədək ondan 2 320 manat pul alıb. Şikayət əsasında V.Maqsudov saxlanılıb. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxunub: 119
Xəbəri paylaş
Paylaş: