Zəlzələdən istifadə edənlər: oğurluq, yardımın talanması…
Hatayda zəlzələdən istifadə edib dələduzluq edən 42 şübhəli şəxs saxlanılıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, saxlanılan 42 nəfər dağılmış binalardan oğurluq edən və bölgəyə zərərçəkmişlər üçün gətirilən yardımları ələ keçirməyə çalışan şübhəli şəxslərdir.
Bildirilir ki, saxlanılanların üzərindən 11 min dollar, 70 min lirə, 20 mobil telefon, 8 kompüter, 6 tapança, 3 ov tüfəngi, ziynət əşyaları və digər əşyalar aşkarlanıb.
Oxunub: 119
Xəbəri paylaş
Paylaş: