Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
"GÖZÜ ÇIXAN QARDAŞ"dan dərs almayıb HƏBSƏ GİRƏN İCRA BAŞÇILARI - Sıraları 1 nəfər də artdı - SİYAHI
“MEHDİYEV RƏSUL QULİYEVİ HAKİMİYYƏTƏ GƏTİRMƏK İSTƏYİRDİ...”-  “Heydər Əliyev dedi ki, o məni iki dəfə satıb...”
Ramiz Mehdiyevə verilən bütün FƏXRİ ADLAR və TƏLTİFLƏR Prezident.az-dan SİLİNDİ
Press-fakt.az
    
  • Prokurorluq Qaradağ RİH-ə girdi,
    Prokurorluq Qaradağ RİH-ə girdi, MÜAVİN HƏBS EDİLDİ
  • 
  • İran raket proqramı və uranın zənginləşdirilməsindən İMTİNA ETMƏYƏCƏK
    İran raket proqramı və uranın zənginləşdirilməsindən İMTİNA ETMƏYƏCƏK
  • 
  • Ukrayna Pokrovska xüsusi təyinatlıları göndərib -
    Ukrayna Pokrovska xüsusi təyinatlıları göndərib - Əməliyyata Kirill Budanov rəhbərlik edir
  • 
  • Putin Azərbaycan əsilli jurnalistə SƏFİR RÜTBƏSİ VERDİ
    Putin Azərbaycan əsilli jurnalistə SƏFİR RÜTBƏSİ VERDİ
  • 
  • Vahid Ələkbərovun SƏRVƏTİ NƏ QƏDƏRDİR?-
    Vahid Ələkbərovun SƏRVƏTİ NƏ QƏDƏRDİR?- Son MƏLUMAT
  • 
  • Ruslar üçün Türkiyədə yeni problem -
    Ruslar üçün Türkiyədə yeni problem - Rusiyalıların çox istifadə etdiyi ödəniş sistemi bağlandı
  • 
  • Karib dənizində gərginlik artır - 
    Karib dənizində gərginlik artır -  ABŞ donanması Venesuela sahillərinə yaxınlaşıb
  • 
  • Rusiya azərbaycanlı tələbələrə 280 dövlət sifarişli yer ayırır
    Rusiya azərbaycanlı tələbələrə 280 dövlət sifarişli yer ayırır
  • 
  • “ABŞ bizi təbii sərvətlərimizə görə hədəfə alır”-
    “ABŞ bizi təbii sərvətlərimizə görə hədəfə alır”- Maduro
  • 
  • Ötən ay 8,2 milyon manata yaxın qaçaqmal aşkarlanıb
    Ötən ay 8,2 milyon manata yaxın qaçaqmal aşkarlanıb
  • 
  • Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı -
    Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı - Rektor əmr imzalayıb
  • 
  • Qəzza jurnalistlər üçün ən ölümcül yerdir
    BMT: Qəzza jurnalistlər üçün ən ölümcül yerdir
  • 
  • Növbəti Günəş fırtınası BÜTÜN PEYKLƏRİ MƏHV EDƏ BİLƏR -
    Növbəti Günəş fırtınası BÜTÜN PEYKLƏRİ MƏHV EDƏ BİLƏR - ESA-dan XƏBƏRDARLIQ
  • 
  • Məşhur tarixçi Eydelman haqda həbs qərarı çıxarıldı -
    Məşhur tarixçi Eydelman haqda həbs qərarı çıxarıldı - Rusiyada “xarici agent” elan edilib
  • 
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Trampın oğlu Ermənistana səfər edəcək
    Trampın oğlu Ermənistana səfər edəcək
  • 
  • Güc balansı dəyişir:
    Güc balansı dəyişir: Türkiyə “Tayfun”ları buna görə aldı
  • 
  • ABŞ və Çin "Ay yarışı"na başladı -
    ABŞ və Çin "Ay yarışı"na başladı - ABŞ erkən başlayıb, amma çox gecikib...
  • 
  • "12 manata monqol əti" Azərbaycan bazarını bürüyüb
    "12 manata monqol əti" Azərbaycan bazarını bürüyüb
  • 
  • İstanbul bələdiyyəsinin daha 4 əməkdaşı həbs olundu
    İstanbul bələdiyyəsinin daha 4 əməkdaşı həbs olundu
  • 
  • Paşinyan Azərbaycanla bağlı KOMİSSİYANIN yeni TƏRKİBİNİ TƏSDİQLƏDİ - 
    Paşinyan Azərbaycanla bağlı KOMİSSİYANIN yeni TƏRKİBİNİ TƏSDİQLƏDİ -  ADLAR
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • BUMERANQ -NƏ ƏKƏRSƏN, ONU BİÇƏRSƏN
  • HİTLER PARTİYANI NECƏ ƏLƏ KEÇİRDİ?
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • Mais Səfərli: Müxalifət düşərgəsi İlham Əliyevin yeni kursunu - korrupsiyaya qarşı mübarizəsini dəstəkləməlidir

    • Tarix: 23-05-2020, 09:16

    Nə vaxtsa siyasi arenanın gözəgəlimli fiqurlarından olmuş AXCP-ni reanimasiya etmək müşkül görsənir


    Azərbaycanın gündəmini zəbt edən dünyanı sarmış koronavirus problemi, ölkədə ciddi rezonans doğuran kadr islahatı, siyasi-ictimai vəziyyət, sosial bəlaya çevrilmiş rüşvət və korrupsiya ilə mübarizə - Globall.az   bu zəmində yaranmış suallarla “Yurddaş” Partiysının sədri Mais Səfərliyə üz tutub. Azərbaycanda ilk yaranan partiyalardan biri olan, 27 ildir siyasi arenada fəaliyyət göstərən partiyanın sədri Globall-ın suallarını cavablandırıb. “Yurddaş” sədri ilə müsahibəni oxucuların diqqətinə təqdim edirik.

    Buna görə dövlətimizə və Prezidentimizə minnətdar olun

    -Mais bəy, ilk sual dünyanın üzləşdiyi problemlə-koronavirusla bağlıdır. Necə qarşıladınız və necə keçinirsiniz? Bir də... dünyada bu virus xaosu fonunda bir “yalan-doğru” xaosu da dolaşmaqdadır. Ən müxtəlif adamlar, hətta mütəxəssislər tərəfindən koronavirus haqqında müxtəlif fikirlər səsləndirilir. Siyasət adamı, partiya sədri kimi dünyanın üzləşdiyi bu problemə siyasi baxışınız maraqlı olardı...

    -Bəli, bu gün bütün dünyanın başının üstünü kəsdirən koronovirus hələ öz iradəsini bizə diktə etməkdədir. Bəşər övladı olaraq, mən də, ailə üzvlərim də bu təhlükəli infeksiya əleyhinə aparılan mübarizənin şərtləri altında yaşamağa məcburuq. Güzəranımız, əmək fəaliyyətimiz, bir sözlə, yaşam tərzimiz yeni və fərqli məcrada davam edir. Obrazlı desək, sanki kobra ilə bir otaqda gecələyirsən. Belə bir şəraitdə ən xırda səhvin nə demək olduğunu, yəqin ki, hər kəs təsəvvür edir. Xəstəliyin peyvəndi tapılana və kütləvi vaksinasiya aparılana qədər öyrəşdiyimiz əvvəlki həyata qayıtmaq asan olmayacaq...

    Sualınızın ikinci hissəsinə gəldikdə, nəyə ehyam etdiyinizi başa düşürəm. Mən virusoloq deyiləm. Hərçənd ki, bu gün çoxları, az qala, özünü bu peşənin sahibi sayır. Məsələyə siyasi prizmadan yanaşmağa çalışacağam.

    Yadınızdadırsa, bu   yeni koronovirus infeksiyası 2019-cu ilin dekabr ayının sonlarında Çinin Uhan şəhərində yayılmağa  başladı. Birdən birə xeyli adam tibb elminə bəlli olmayan yeni pnevmaniyaya tutuldular. Zaman etibarı ilə bu, dünyanın iki nəhəngi - ABŞ və Çin arsında "ticarət savaşlarının" pik vaxtına təsadüf edirdi. Bax onda tərəflər dərhal bir-birlərini virusun süni şəkildə, laboratoriya şəraitində yaradılmasında ittiham etməyə başladılar. Bunun, hətta bioloji silah olduğunu açıq mətnlə iddia edən siyasət adamları da tapılırdı. Burada həqiqət payı varmı? Deyə bilmərəm. Təkcə ona inanıram ki, belə kütləvi qırğın silahının hazırlanmasına yalnız anadangəlmə kəskin agıl əskikliyindən əziyyət çəkən adam qərar verə bilər. Belələrinin isə ömürlərini xüsusi müalicə evlərində (dəlixanada ) keçirdikləri hamıya bəllidir. Az - çox elmdən başı çıxanlar yaxşı bilirlər ki, bioloji silah sərhəd tanımaz. Düşməninə qarşı bu silahdan istifadə etmək istəyənin özünün də onun qurbanı olacağı bir aksiomdur.

    Məsələnin inanılan başqa bir tərəfi də mövcuddur. Nədir bu? Dünyanın bir sıra ölkələrində elmi məqsədlərlə patogen mikroorqanizmlər, o cümlədən, viruslar üzərində tədqiqat aparan laboratoriyalar mövcuddur. Belə müəssisələrdən virusun insan faktoru  (məsuliyyətsizlik, diqqətsizlik və s.) nəticəsində ətrafa sıçraması fikrini, az ehtimalla olsa da qəbul etməyi mümkün sayıram. Dünya mətbuatında gedən məlumatlara əsasən, bir çox ölkələrin xüsusi xidmət orqanları bu yöndə ciddi araşdırmalar aparırlar. Söz yox ki, həqiqətin üzə çıxacağını görəcəyik. Nə isə...

    Çində bu bəla üzə çıxanda Ümumdünya Səhiyyə Təşkilatı dərhal dövriyyəyə girdi. Təəssüflər olsun ki, bu nüfuzlu beynəlxalq qurumun həyəcan dolu xəbərdarlıqları dünya dövlətlərinin və cəmiyyətlərinin çoxu tərəfindən skeptik qarşılandı. Bir sıra dövlətlərdə nüfuzlu siyasətçilər, elm adamları ÜST-ü vəziyyəti şişirtməkdə günahlandırırdılar. Bunu öz ticarətini genişləndirmək üçün dünyanın farmosevtik industriyasının yalanı kimi qələmə verənlər də tapılırdı.

    Bu ərəfədə virus öz işini görür, sürətlə bir ölkədən digərinə, bir qitədən o birinə yayılırdı. Nəhayətdə... Dünyada qorxulu infeksiyaya bulaşanların sayı 5 milyona yaxınlaşır. Həyatını itirənlərin sayı isə 325 mini keçib. Kifayət qədər təsiredici rəqəmlərdir.

    Maraqlıdır ki, dünyanın ən inkişaf etmiş dövlətlərinin əksəriyyəti koronovirusun itkilərinə daha çox məruz qalmışlar. Baxın, bu o ölkələrdir ki,yuxarıda qeyd etdiyim kimi, ÜST-ün xəbərdarlığına adekvat reaksiya vermədilər, preventiv tədbirlər görmədilər, sərhədlərini gec bagladılar.

    Azərbaycanda vəziyyət bunun əksinədir. Ölkə rəhbərliyinin qəbul etdiyi çevik qərarlar, pandemiya əleyhinə təşkil etdiyi düzgün mübarizə xalqımızı böyük itkilərdən xilas etdi. Amma əfsuslar olsun ki, bizdə də "yalan-dogru" deyə gerçəkliyi saf - çürük edənlər də az deyil. Bəzən yüksək savad səviyyəsi ilə fərqlənən adamlar da belə sual edirlər : "Bu necə epidemiyadır ki, yaxın çevrəmizdə bu virusa yoluxan bir nəfər də yoxdur?" Onlara cavabım budur: Gedin, buna görə dövlətimizə və Prezidentimizə minnətdar olun.

    Indi ölkəmizdə karantin tədbirlərinin yumuşaldılmasına start verilib. Ancaq bu, əsla koronavirusun üzərində qələbə çalmaq anlamına gəlmir. Bundan sonra çox şey insanların öz məsuliyyətinə buraxılır. Mötəbər dövlət qurumlarının xəbərdarlıqları və özünüqoruma tədbirləri xəstəlikdən uzaq durmağın əsas şərtləridir.

    "Yurddaş" iqtidar partiyası deyil

    -Yeri gəlmişkən, sədri olduğunuz “Yurddaş” partiyası iqtidaryönlü partiyadır, yoxsa müxalifətyönlü? Partiyanız haqqında bir az ətraflı məlumat vermənizi istərdim. Bir də siyasi arenada əvvəllər olduğundan az görünürsünüz. Bu, nə ilə bağlıdır?

    -Yurddaş partiyası 27 ildir ki, siyasi arenadadır. Təşkilatımız keçən əsrin 80-ci illərinin sonunda bir qrup ziyalımızla qurduğumuz eyniadlı cəmiyyətin bazasında yaradılmışdır. Sədri oldugum "Yurddaş" ictimai birliyini taleyin hökmü ilə dünyanın müxtəlif guşələrinə səpələnmiş həmvətənlərimizlə əlaqələr qurmaq, onları təşkilatlandırmaq, hüquqlarını qorumaq məqsədi ilə təsis etmişdik.

    Qısa zaman kəsiyində o zamankı Sovetlər Birliyi ərazisində və Avropa ölkələrində bizim təşəbbüsümüz və hərtərəfli dəstəyimizlə yurddaşlarımızın 65-dən çox Milli Mədəniyyət mərkəzləri və cəmiyyətlərini yaratdıq. Ölkəmizin tarixində ilk dəfə olaraq  1992-ci ilin aprelində xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərlərinin Bakida konfransını keçirdik. Azərbaycanın haqq səsinin, xüsusilə də Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılmasında xeyli işlər gördük.

    Beləliklə, biz dünyada Azərbaycan diaspor hərəkatının təməlini qoyduq. Lakin biz başa düşürdük ki, bu əhəmiyyətli fəaliyyət   dövlət səviyyəsində aparılmalıdır. Bununla əlaqədar xüsusi dövlət siyasəti olmalıdır. Dövləti bu işə sövq edə biləcək siyasi təşkilata ehtiyac vardı. Odur ki, 1993-cü ilin fevralında biz "Yurddaş" partiyasını qurduq. Həmin illər çagdaş tariximizin agrılı-acılı dönəmi idi. Bir tərəfdən rus hərbi birliklərinin köməyinə arxalanan ermənistanın bir-birinin ardınca rayonlarımızı işğal etməsi, bu səbəbdən yaranan qaçqın-köçkün dalğası, digər tərəfdən ölkədə vətəndaş qarşıdurmasının yaranması, cənub zonasında, şimal bölgəsində xaricdən qızışdırılan etnik separatizm meyllərinin artması vəziyyəti son dərəcədə ağırlaşdırırdı. Belə bir fonda dövlət orqanlarının diaspor işinə diqqət ayırmaması təəssüf dogursa da, başa düşülən idi. Partiya olaraq ölkədaxili siyasi proseslərdə fəal iştirak etməklə yanaşı, fəaliyyətimizin ana xətti olan diaspor problemlərini bir an belə unutmurduq.

    Xaricdəki azərbaycanlıların təşkilatlanma məsələləri, mövcud icmalarımızın işinə hərtərəfli dəstək, soydaşlarımızın hüquqlarının qorunması yenə də bütün fəaliyyətimizin ağırlıq mərkəzi idi. 1993-cü ildə hakimiyyət dəyişikliyindən bir qədər sonra Prezident Heydər Əliyevə sözügedən məsələlərlə baglı ətraflı məktub ünvanladıq. Müraciətimiz anlayışla qarşılandı. Rəhmətlik H.Əliyev böyük dövlət adamı olaraq diaspor məsələsinə həssaslıq nümayiş etdirdi. Administrasiyasının yetkililəri ilə müzakirələrimiz oldu. Konkret təkliflər istədilər. Hazırlayıb təqdim etdik. Təklif edirdik ki, bu vacib fəaliyyətin qanunvericilik bazası yaradılsın və xüsusi dövlət orqanı təsis edilsin. Bir neçə ildən sonra - 2000-ci illərin əvvəllərində məsələ öz həllini tapdı. Mən 2-ci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin Deputatı olarkən diaspor ilə bağlı müvafiq qanunun hazırlanmasında şəxsən iştirak etdim. Tezliklə Diasporla iş üzrə Komitə yaradıldı. Beləliklə, dövlətimiz bu önəmli fəaliyyəti öz çiyinləri üzərinə götürdü. 

    Sualınızın digər hissəsinə cavab olaraq bildirmək istəyirəm ki, "Yurddaş" iqtidar partiyası deyil. Biz hakimiyyətdə təmsil olunmuruq. Lakin bir çox məsələlərdə Prezident Ilham Əliyevin siyasətinə və fəaliyyətinə dəstək veririk. Hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasi ilə xoş münasibətlərimiz və əməkdaşlığımız mövcuddur.

    Əbülfəz Qarayevin istintaqa çəkiləcəyinə şübhəm yoxdur

    -Mais bəy, ölkə başçısı iradə sərgiləyərək Azərbaycanda heç vaxt olmadığı kimi kadr islahatlarına start verib, heç vaxt olmadığı kimi rüşvət və korrupsiyaya qarşı mübarizə aparılır. Əvvəllər görüntü xatirinə rüşvətə görə “kilkələr”, yəni kiçik rütbəli məmurlar həbs olunurdusa, indi hətta “balinalar”- yüksək rütbəli məmurlar, generallar  da qandallanır. Mən hamımızın bildiyi məlum həbsləri nəzərdə tuturam. Necə düşünürsünüz, aylardır ölkənin gündəmini zəbt etmiş və xalqın da rəğbəti ilə qarşılanan bütün bu addımlar niyə əvvəllər yox,  məhz indi atılır və sizcə bu radikal addımlar görüntü ola bilərmi? Mümkünsə ətraflı cavab verərdiniz.

    -Dövlət başçısının 2018-ci il növbədənkənar prezident seçkilərindən sonra həyata keçirməyə başladığı genişmiqyaslı islahatlara da hərtərəfli dəstək veririk. Faktiki olaraq bu, Ilham Əliyevin ölkəmizin davamlı inkişafına yönəlmiş yeni siyasi kursudur.

    Sizin də diqqət yetirdiyiniz kimi, islahatlar proqramı içərisində korrupsiyaya və rüşvət əleyhinə aparılan mübarizə xüsusi yer tutur. Bu, səbəbsiz deyil. Belə ki, bu gün istər yerli, istər mərkəzi hakimiyyət orqanlarında vəzifə sahiblərinin dövlət vəsaitlərini təyinatından yayındırması, talaması, mənimsəməsi az qala adi hala çevrilib. İş o yerə gəlib ki, indiki pandemiya ilə mübarizə şəraitində dövlətin, Heydər Əliyev Fondunun ehtiyacı olan insanlara, imkansız ailələrə ayırdıgı yardımlara da göz dikurlər, yetimin çörəyini əlindən alırlar. Bu, dəhşətdir. Belə cinayətlər sıradan olan hüquqpozmaları deyil. Korrupsiya dövlətin iqtisadi, siyasi, hüquqi əsaslarına ciddi zərbə vurur, milli təhlükəsizliyimizi təhdid edir, əhalidə hakimiyyətə qarşı narazılıq yaradır.

    Bu səbəbdən Prezidentin sərt addımlar atması heç kəsi təəccübləndirməməlidir. Zarafat deyil, qısa bir müddətdə 5 rayonun icra hakimiyyətinin başçısı,  Mədəniyyət nazirinin müavini, Sərhəd qoşunlarının generalı,  25-dən çox dövlət məmuru DTX tərəfindən saxlanılmış və barələrində həbs qəti-imkan tədbiri seçilmişdir. Mədəniyyət naziri Ə.Qarayev vəzifəsindən uzaqlaşdırıldı. Onun istintaqa çəkiləcəyinə  şübhəm yoxdur. Mən bu mübarizənin yüksələn xətt üzrə, xüsusilə də postpandemiya dövründə etdiriləcəyinə əminəm. Əks təqdirdə, hakimiyyət insanlarımızın siyasi etimadını itirə bilər.

    Prezidentin  bütün son addımları bu prosesin dönməz olduğunu göstərir. Siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının, geniş ictimaiyyətin bu taleyüklü məsələdə dövlət başçısı ilə həmrəylik nümayiş etdirməsi sözügedən sosial bəlanın dövlətimizin həyatından silinib atılacağı ümidlərini gücləndirir.

    Siyasi mübahisələri küçələrdə deyil, masa arxasında çözmək imkanları var

    -Gələk daxili siyasi proseslərə. Ölkədə hakim partiyanın sədri olan dövlət başçısı bayaq bəhs etdiyimiz sahələrdə olduğu kimi, siyasi müstəvidə də kardinal dəyişiklikdən xəbər verən addımların atılmasına, necə deyərlər, rəvac verdi. Siyasi açılım elan etdi və müxalif siyasi partiya təmsilçilərini bir masa arxasına dəvət etdi. Gerçəklik budur ki, indiyədək müxalif partiya adı ilə “cib müxalifəti”ylə təmas qurulurdusa, indi fərq qoymadan bütün siyasi partiyalar, hətta iqtidar yedəkçilərinin “radikal müxalifət” adlandırdığı partiya təmsilçiləri belə görüşə dəvət edildi. Düzdü, bildiyimə görə Musavat başqanı və AXCP sədri ilə görüş müxtəlif səbəblərdən baş tutmadı, amma müəyyən istisna ilə olsa da, de-fakto əl uzadıldı. Mən hələ illərlə siyası partiyaların qeydə alınmasına qeyri-rəsmi  olsa da qoyulmuş qadağanın qaldırılmasını demirəm.  Bütün bunları necə şərh edərdiniz? 

    -Cəmiyyətin siyasi həyatında yenilənmə aparmadan, siyasi münasibətlər sistemini zamanın ruhuna uyğunlaşdırmadan çox da irəli getmək mümkün deyil. Bu baxımdan ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə hesablanmış addımları müsbət qiymətləndirirəm. İqtidar - müxalifət münasibətlərinin yeni formatda qurulması, bu tərəflər arasında dialoqun davamlı olması üçün Prezident Administrasiyasında yeni-Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması önəmli məsələdir.

    Ölkə rəhbərinin bu vacib sahədə siyasətini icra edən şöbənin siyasi təşkilatlarla təmasları daimidir. Müstəqillik tariximizdə ilk dəfə olaraq müxalifət nümayəndələri parlament rəhbərliyində təmsil olunmuşdur.

    Partiyaların qeydiyyata alınma məsələlərinin yüngülləşdirilməsi, siyasi arenaya yeni qüvvələrin gəlməsinə qanunlar çərçivəsində şəraitin yaradılması-ölkəmizdə plüralizmin, çoxpartiyalı sistemin inkişafının təzahürüdür.

    Bunların hamısı, təbii ki,   cəmiyyətdə xoş ovqat, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi üçün isə güclü zəmin yaradır. İndi hər kəs yaxşı görür ki,  siyasi mübahisələri meydanlarda, küçələrdə deyil, masa arxasında,  parlament müzakirələrində çözmək imkanları vardır. Düşünürəm ki,  pandemiyaya qalib gəldikdən sonra bu istiqamətdə yeni-yeni addımların atılmasının şahidi olacağıq. Müstəqil dövlətimizin daha da demokratikləşməsi üçün buna ehtiyac var.

    Biz bu yolun cığırını açmışıq

    -Mais bəy, vaxt vardı ki, “Yurddaş” partiyası  Azərbaycandan kənarda olan yurddaşlarımızla sıx əlaqələr qurar, onların problemlərini prioritet sanar və bu yöndə çox ciddi fəaliyyət göstərər, ölkə gündəminə çevirərdi.  İndi bu yöndə bir durğunluq var. Niyəsə əvvəlki mövqeyinizdən geri çəkilmiş kimi görünürsünüz. Müşahidələrimiz bizi aldatmır ki?..

    -Bəli, yuxarıda qeyd etdiyim kimi, biz diaspor hərəkatının yaradılmasının təşəbbüskarı olmuşuq. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm: biz bu yolun cığırını açmışıq. Fəaliyyətimizlə bağlı 1989-cu ildən ta bəri, xüsusilə də 2000-ci illərə qədər, yəni Diaspor Komitəsi yaradılanadək ölkəmizdə nəşr edilən qəzet və jurnallarda, TV və radioların arxivlərində kifayət qədər ətraflı materiallar əldə etmək mümkündür. Bizim mətbu orqanımız - "Yurddaş", " "Соотечественник" (1991-1996-cı illər), onların ingilis dilindəki əlavəsi " The Baku Times" (1992-1994-cü illər) fəaliyyətimizin salnaməsidir.

    Azərbaycan Milli Kitabxanasının fondunda hər kəs onlarla tanış ola bilər. Dövlət diaspor işini öz üzərinə götürdükdən sonra biz problemin praktik məsələlərindən kənara çəkilməyə üstünlük verdik.  Amma bir an olsun belə bu mövzunun siyasi tərəfini diqqətdən qaçırmamışıq. Görülən işlərə obyektiv qiymətlərimizi verir, mətbuatda, tədbirlərdə təkliflərimizi bildiririk. 

    Hesab edirəm ki, bu sferada hələ görüləsi işlər çoxdur. Diasporla iş fəaliyyəti Prezidentin yeni siyasi xəttinə uyğunlaşdırılmalıdır.

    İki partiyanın siyasi təmaslardan imtinası başa düşülən deyil

    -Az qala bir qərinədir ki, ölkədə iqtidar-müxalifət mübarizəsi gedir. Səmimi cavab vermənizi istərdim: İqtidar nə istəyir, müxalifət nə istəyir? Bir də niyə bu illərdə müxalif qüvvələr istədiklərinə nail ola bilmədilər? Doğrudanmı didişməyə, parçalanmaya başlıca səbəb “mən” iddiasıdır? Hakimiyyətin təbii və ya süni insan resursu təsirini istisna etsək, başqa hansı səbəbləri sadalayardınız? Ümumxalq birliyinə mane olan nədir?

    -Yuxarıda iqtidar - müxalifət münasibətlərinə toxundum. Bu gün AXCP və Müsavatdan savayı digər partiyalar hakimiyyətin dialoq təklifinə qatılıblar. Cəmiyyətdə müsbət qarşılanan yeni siyasi münasibətlərin formatında sözü gedən iki partiyanın yer almaması, siyasi təmaslardan kənarda durması başa düşülən deyil.

    Bildiyimə görə, həmin partiyaların sıravi üzvləri arasında iqtidarla münasibətlərin normallaşdırılmasını istəyənlər çoxdur. Məncə, özünütəcrid bu partiyaların özlərinə mənfi təsir edir.  Bu təşkilatlardakı zəifləmə,  geriləmə , dağılma prosesləri göz qabağındadır. Mənəm-mənəmliklə iş getmir. O qənaətdəyəm ki, müxalifət düşərgəsi İlham Əliyevin yeni siyasi kursunu - genişmiqyaslı islahatlarını, korrupsiya, rüşvət kimi sosial bəla ilə mübarizəsini dəstəkləməlidir.  Məhz dəyişən, yeniləşən, qanunların hörmət edildiyi, demokratikləşən bir ölkədə müxalifətin öz siyasi arzularını gerçəkləşdirmək imkanları xeyli  artır.

    Milli Şuranın potensialı yoxdur, tükənib

    -Son günlər Milli Şurada baş verənləri-qurumun yaradıcılarından biri olan Eldəniz Quliyevin MŞ ilə yollarını ayırmasını necə dəyərləndirərdiniz? O özü əqidə yoldaşları haqda ciddi ittihamlar səsləndirib...

    -Milli Şura ictimai-siyasi proseslərə təsir edə biləcək qüvvədə deyil.  Ola bilsin ki, bu qurumun adı kimlərdəsə təəssürat yaratsın, tələffüzü qulağa xoş gəlsin. Amma fakt budur ki, Milli Şuranın potensialı yoxdur, tükənib. Özlərini aldada bilərlər, lakin ictimaiyyəti yox. Əslində, bu qurumda AXCP-dən başqa bir təşkilat yox kimidir. Əli Kərimli isə gerçəkdə olmayan Milli Şuraya, onun sosial şəbəkələrdə təbliğatına o qədər aludə olub ki, nəticədə doğma təşkilatını unudub. Loru dildə desək, AXCP-dən " bir dəri, bir sümük qalıb". Nə vaxtsa siyasi arenanın gözəgəlimli fiqurlarından olmuş bu partiyanı reanimasiya etmək müşkül görsənir. Bunu siyasi ekspertlər də təsdiqləyirlər. Partiyanı əvvəlki formasına qaytarmaq real görünməsə də, onu yenidən qurub, islahatlar aparıb, ölkədə gedən siyasi proseslərə qatmaq ehtimalı vardır.

    Dürdanə CƏLAL,
    Globall.az

    Oxunub: 1 028
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      01-11-2025
      22:30 | Prokurorluq Qaradağ RİH-ə girdi, MÜAVİN HƏBS EDİLDİ
      19:40 | MİLYARDLARIN BATDIĞI RAYONLAR - Korrupsiyalaşmış icra hakimiyyəti sistemi dəyişməsə...
      19:30 | İran raket proqramı və uranın zənginləşdirilməsindən İMTİNA ETMƏYƏCƏK
      19:20 | Ukrayna Pokrovska xüsusi təyinatlıları göndərib - Əməliyyata Kirill Budanov rəhbərlik edir
      15:05 | Putin Azərbaycan əsilli jurnalistə SƏFİR RÜTBƏSİ VERDİ
      15:00 | Vahid Ələkbərovun SƏRVƏTİ NƏ QƏDƏRDİR?- Son MƏLUMAT
      14:30 | Ruslar üçün Türkiyədə yeni problem - Rusiyalıların çox istifadə etdiyi ödəniş sistemi bağlandı
      14:20 | Karib dənizində gərginlik artır -  ABŞ donanması Venesuela sahillərinə yaxınlaşıb
      14:15 | Rusiya azərbaycanlı tələbələrə 280 dövlət sifarişli yer ayırır
      12:25 | “ABŞ bizi təbii sərvətlərimizə görə hədəfə alır”- Maduro
      12:15 | “RUSİYA İLƏ MÜHARİBƏ QAÇILMAZDIR”- “Biz artıq “sıfır fazası”ndayıq”
      12:00 | Ötən ay 8,2 milyon manata yaxın qaçaqmal aşkarlanıb
      11:55 | Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı - Rektor əmr imzalayıb
      11:50 | "Allah kəssin belə yaşayışı, dünən də bu gün yatdım”- Fədayə Laçından etiraf
      11:44 | BMT: Qəzza jurnalistlər üçün ən ölümcül yerdir
      11:31 | Növbəti Günəş fırtınası BÜTÜN PEYKLƏRİ MƏHV EDƏ BİLƏR - ESA-dan XƏBƏRDARLIQ
      11:15 | Tramp-Putin görüşü bu hadisədən sonra təxirə salınıb - Moskva rəsmi sənəd göndərib ki...
      11:11 | Məşhur tarixçi Eydelman haqda həbs qərarı çıxarıldı - Rusiyada “xarici agent” elan edilib
      11:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      11:01 | Trampın oğlu Ermənistana səfər edəcək
      10:15 | PALÇIQ, SU və AĞAC: VENESİYA1600 İLDƏN ÇOXDUR NİYƏ BATMIR? ONU SAXLAYAN SİSTEM NƏDİR?
      10:01 | “Dərman idxalının həcmi kəskin azalır, qiymətlər isə artır”- “Səbəbləri araşdırılmalıdır”
      09:40 | 10 milyon dollarlıq qızıl unitaz satışa çıxarılır - “Sərvətin simvolu” kimi deyil...
      09:35 | Yaşı 100-ü ötənlərin ortaq sirri: Hamısı bu qidanı yeyir
      09:30 | Güc balansı dəyişir: Türkiyə “Tayfun”ları buna görə aldı
      09:00 | VENESUELAYA HÜCUM HƏR AN BAŞLAYA BİLƏR - ABŞ ordusu əsas hədəfləri müəyyənləşdirib
      08:55 | Pentaqon “Tomahawk” raketlərinin Ukraynaya tədarükünü təsdiqləyib - Tramp qərar verəcək...
      08:45 | Türkiyə Hərbi Hava Qüvvələri ilk dəfə Estoniyanın səmasını qoruyacaq
      01:00 | ABŞ və Çin "Ay yarışı"na başladı - ABŞ erkən başlayıb, amma çox gecikib...
      00:55 | "12 manata monqol əti" Azərbaycan bazarını bürüyüb
      00:50 | İstanbul bələdiyyəsinin daha 4 əməkdaşı həbs olundu
      00:45 | Paşinyan Azərbaycanla bağlı KOMİSSİYANIN yeni TƏRKİBİNİ TƏSDİQLƏDİ -  ADLAR
      00:40 | ABŞ hərbi zərbələr endirəcək -  Hədəflər açıqlandı
      00:35 | Paşinyan Mirzoyanın xanımına Azərbaycanla bağlı vəzifə verdi
      00:30 | Azərbaycanda xəstəyə ölən şəxsin ürəyi köçürüldü - Qafqazda İLK
      00:25 | Moskvada “İstanbul mafiyası”nın lideri saxlanıldı -  Azərbaycanlı imiş
      00:20 | “AQRAR SEKTORDA 100 MİNLƏRLƏ QEYRİ-FORMAL İŞÇİ VAR...”- “Asan və çevik mobil tətbiq yaradılmalıdır”
      00:15 | Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama:  “...2 ilə mümkündür”
      00:10 | Ərdoğanın Bakıda Zəfər paradında iştirakı nəzərdə tutulur - Nazir müavini
      00:05 | Qarabağ separatçılarının məhkəmə istintaqı başa çatıb
      00:00 | SAXLANILAN BAŞÇI İLƏ BAĞLI QƏRAR VERİLDİ -  Nədə ittiham olunur?
      31-10-2025
      20:41 | "Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov barəsində həbs qərarı çıxarılıb
      15:30 | Deputat narazılıq etdi: "AZƏRBAYCANDA 600 MƏKTƏBİN DİREKTORU YOXDUR" -  "Hər dəfə yeni metodologiya kəşf olunur..."
      15:25 | Britaniya şahzadəsi tituldan məhrum edildi - Kral sarayından da uzaqlaşdırıldı
      15:20 | "Zəngəzur dəhlizi TRASEKA-nın çox vacib marşrutudur"- Baş katib
      15:15 | "Bu qədər tez yoldan çıxdınız?" -  Lüks avtomobilləri görən prezident qəzəbləndi
      14:15 | Tramp ABŞ-yə gələn qaçqın sayına limit qoydu - İldə cəmi 7500 nəfər...
      14:00 | “PUTİN VARSA, RUSİYA VAR”MI?- yaxud, Rusiyanı “başı kəsilmiş toyuq” adlandıran məşhur yazıçı niyə haqlıdır?
      13:45 | Tutulan İH başçısının köməkçisi "YAZILANLAR YALANDIR" dedi: Müavin, köməkçilər və baş memar saxlanmayıb...
      13:15 | İran-Azərbaycan quru sərhədi açıla bilər?- Araqçı danışdı
      13:00 | "Burundidən 10 minə yaxın sənət əsəri oğurlanıb"- Ekspert
      12:45 | 2025-ci ildə Azərbaycanın qızıl ixracı 2 dəfə artıb
      12:30 | “Bir gün Azərbaycan liderinin nitqini İRƏVANDA EŞİTSƏNİZ, BİLİN Kİ...”- “İlham Əliyev Qafqazı 1-ci Pyotrdan geri alıb”
      12:15 | "Qarabağ"-"Çelsi" matçını bu hakim idarə edəcək -  5 ay Rusiya əsirliyində olub
      12:10 | SEPAH komandirləri Xameneini qərar vermək səlahiyyətindən kənarlaşdırıblar - MOSSAD
      12:00 | “Barsa” “Qalatasaray”ın ulduzu üçün hərəkətə keçdi
      11:55 | Taksi sürücüləri üçün imtahan keçiriləcək - DİM
      11:45 | Ceyhun Bayramov Səmərqənddə gürcüstanlı həmkarı ilə görüşdü
      11:40 | Ermənistan Naxçıvana gedən dəmir yolunun təmirinə vəsait ayırmadı
      11:35 | Rusiyanın bir neçə regionu dron hücumuna məruz qalıb -  Bu ərazilərdə partlayışlar olub
      11:30 | Bakıda tanınmış müğənni yol qəzasında həyatını itirdi - VİDEO/FOTO
      11:22 | Rus ordusunun son sutkadakı itkiləri açıqlandı -  SİYAHI
      11:15 | HƏBS OLUNAN sabiq İH başçısının VƏKİLİ DANIŞDI: “Bir onu deyə bilərəm ki…”
      11:10 | Azərbaycanda suya da limit tətbiq ediləcək
      11:05 | Elm və Təhsil Nazirliyində yoxlamalara başlanıldı
      11:00 | Ramiz Mehdiyevin gəlini işindən uzaqlaşdırılıb - Əhliman Əmiraslanov təyin etmişdi...
      00:40 | Tacikistan spikeri:  Azərbaycan beynəlxalq platformaların mərkəzidir!
      00:35 | "Qırmızı Komando" təşkilatına QARŞI ƏMƏLİYYAT -  ən azı 132 NƏFƏR ÖLDÜ
      00:30 | Dağıstanlı deputat Ukraynaya qarşı döyüşməyə getdi
      00:28 | Erməni müdafiə naziri Azərbaycanla sərhədə gəldi
      00:25 | Netanyahudan hədə dolu çıxış: “...başqaları etməsə, biz edəcəyik!”
      00:20 | Həbs edilən icra başçısı bu məmurun DAYISI İMİŞ
      00:15 | “ŞƏXSİ AMBİSİYALARININ TƏSİRİ İLƏ YOLUNU AZIR...”- Eldar Əzizov da Ramiz Mehdiyevi “vurdu”
      00:10 | Bill Qeyts bəşəriyyəti məhv edəcək SƏBƏBİ AÇIQLADI: İqlim dəyişikliyi deyil...
      00:05 | Ukraynaya müharibəni davam etdirmək üçün 389 milyard dollar lazımdır
      00:03 | "Moskva və Bakı Rusiya vətəndaşlarının tezliklə qayıtması üçün dialoq aparır" -  Zaxarova
      00:00 | Həyat yoldaşının başını qırxan Tamerlan Məmmədov həbs olunub
      30-10-2025
      19:00 | TRAMP VƏ Sİ NƏDƏ RAZILAŞDILAR? - “Bu, möhtəşəm görüş idi”
      18:00 | “Milyonların harda və nəyə xərclənməsinin izinə düşülməlidir...”- Keçmiş deputatdan nazirliyə ağır ittiham
      17:55 | "LUKOİL" BİTDİ? -  Vahid Ələkbərovun neft imperiyasına SARSIDICI ZƏRBƏ
      17:40 | Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışdı: Həm Prezident Administrasiyası, həm də DTX...
      17:00 | “KÖHNƏ” İCRA BAŞÇILARINDAN KİMLƏR QALDI?- 30 ildir başçı postunu tutan şəxslər var - ADLAR
      16:50 | İcra başçısı ilə yanaşı onun 3 müavini və baş memar da HƏBS EDİLDİ
      16:40 | "GÖZÜ ÇIXAN QARDAŞ"dan dərs almayıb HƏBSƏ GİRƏN İCRA BAŞÇILARI - Sıraları 1 nəfər də artdı - SİYAHI
      16:15 | Azərbaycanın adından milyonlarla dollar...- İrəvanda ermənilərin görünməmiş fırıldağı
      16:10 | Saleh Səmədovun qardaşı da həbs edildi - digəri axtarışa verilib
      16:05 | “MEHDİYEV RƏSUL QULİYEVİ HAKİMİYYƏTƏ GƏTİRMƏK İSTƏYİRDİ...”-  “Heydər Əliyev dedi ki, o məni iki dəfə satıb...”
      16:00 | “Qəzza Fələstinin bir hissəsidir, İsrailə aid deyil”- İsrailin keçmiş Baş naziri
      15:55 | “Kreml İrəvanda hakimiyyəti dəyişməyə çalışacaq”- Sandu narahatdır
      15:50 | Türkiyə Böyük Britaniyadan 20 ədəd "Eurofighter" alacaq - Nə qədər vəsait ödəniləcəyi açıqlandı
      15:46 | "Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur" -  İcraçı direktor
      15:35 | DTX "Hürriyyət"in REDAKSİYASINDA ƏMƏLİYYAT KEÇİRİB -  Vüqar Məmmədov SAXLANILIB
      15:30 | “Hətta elə vaxtlar olub ki...”- Baləkənin deputatı icra başçısının həbsindən danışdı
      15:25 | Prezident Balakənin icra başçısını vəzifəsindən azad edib
      12:30 | Gəncə Dövlət Universiteti bağlanır?- Bir cavab və bir şərh
      12:00 | Elm və Təhsil Nazirliyi: Məktəb direktorları yeni qaydalarla seçiləcək
      11:55 | MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ -  ŞƏRTLƏR
      11:44 | Balakən İcra Hakimiyyətində ƏMƏLİYYAT: DTX-nin saxladığı İCRA BAŞÇISI KİMDİR?
      11:30 | Əfqanıstanla danışıqlar həll gətirmədi - Attaullah Tarar
      11:25 | Ermənistan Baş naziri: Xəzər dənizinə çıxış əldə edəcəyik
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.