Bakıda sürüşmə zonaları -
SİYAHI
Türkiyədə baş verən zəlzələ ölkəmizdə mövcud olan sürüşmə bölgələrini yenidən gündəmə gətirib. Globall.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırladığı siyahını təqdim edir: “Bakı və Abşeron yarımadasında: Masazır qəsəbəsi sürüşmə sahəsi - Nazim Əsədov küç. Masazır qəsəbəsi II sürüşmə sahəsi - M.İbrahimov və C.Cabbarlı küçələrinin arasındakı ərazi; Binəqədi sürüşmə sahəsi – Binəqədi-Saray avtomobil yolunun sağ hissəsində Binəqədi qəsəbəsindən 300 metr aralıda olan ərazi; Əhmədli sürüşmə sahəsi – Gəncə prospekti, Nəsrəddin Tusi küçəsi; Əhmədli II sürüşmə sahəsi - Gəncə prospekti, Şıxlinski küçəsi; Əhmədli-Günəşli arasındakı sürüşmə sahəsi – S.Mehmandarov küçəsi; Xətai rayonu sürüşmə sahəsi – Gəncə prospekti 20; Bakı dairəvi-1 magistral avtomobil yolunun 7-ci km-də sürüşmə sahəsi, Dövlət Yol Polisi İdarəsinin yaxınlığı; Nəriman Nərimanov prospekti döngəsi sürüşmə sahəsi – Y.Dağlı küç; Park sürüşmə sahəsi – Parlament prospekti Mehdi Hüseyn küçəsi; Teleqüllə sürüşmə sahəsi – A.Məmmədov küçəsi; Qaraçuxur sürüşmə sahəsi – İ.Mustafayev küçəsi; Zığ qəsəbəsi I sürüşmə sahəsi – H.Allahverdiyev, H.Aslanov, İ.Süleymanov, Xanlar küçələri; Zığ II sürüşmə sahəsi – Zığ şossesi; Badamdar qəsəbəsi – Badamdar şossesi; Badamdar uçqun sahəsi – Badamdar şossesi O.Daşdəmirov küçəsi; Badamdar yarğan əmələgəlmə sahəsi – Badamdar şossesi;