Bakı ilə sülh sazişi mətni üzərində işləyirik - Xandanyan
Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir. Bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komitəsinin sədri Sərkis Xandanyan deyib. O aydınlaşdırıb ki, hər iki tərəf tədricən bir-birinə sülh sazişinin mətni ilə bağlı təkliflər verir: “Bu yaxınlarda Azərbaycan Ermənistana öz təkliflərini verib. Ermənistan bu təkliflər üzərində işləyir və onlar hazır olduqdan sonra bizim təkliflərimiz Azərbaycana göndəriləcək”. Qeyd edək ki, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan fevralın 8-də İrəvanın Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər aldığını bildirmişdi.
Oxunub: 107
Xəbəri paylaş
Paylaş: