Türkiyədə daha bir möcüzə: 4 il əvvəl ölmüş ananın ruhu uşaqlarını belə xilas etdi - Xilasedicinin dedikləri ŞOK YARATDI
Türkiyənin Kahramanmaraş şəhərində işləyən xilasedicilərdən biri heyrətamiz əhvalat danışıb .
Globall.az xəbər verir ki, xilasedici, ruhun ona sağ qalanların olduğu yeri göstərdiyini iddia edir.
Onun sözlərinə görə, bir qadın xilasedicilərə yaxınlaşaraq ekskavatoru saxlamağı xahiş edib.
“Bir qadın bizə yaxınlaşdı, övladlarının olduğu binanın dağıntılarını göstərdi və xilas etməyimizi xahiş etdi. Qadının göstərdiyi yerdə axtarış işləri başladı və həqiqətən də uşaqları tapdıq. Daha sonra onları analarına təhvil vermək istəyəndə, məlum oldu ki, anaları 4 il öncə vəfat edib. Amma biz o qadını canlı olaraq görmüşdük”- xilasedici deyib.
Qeyd edək ki, bu, dağıntılar altında qalan uşaqların möcüzəvi şəkildə xilas edilməsi ilə bağlı ilk hekayə deyil. (publika.az)