Türkiyədə zəlzələ nəticəsində həlak olan Samirlə bağlı
ŞOK DETAL
Türkiyədə zəlzələ nəticəsində həlak olan tələbələrdən biri Samir Quliyev barədə daha bir fakt ortaya çıxıb. Globall.az BAKU.WS-ə istinadən xəbər verir ki, Samir bundan əvvəl Türkiyənin Elazığ vilayətindəki universitetlərdən birində təhsil alırmış. Ailəsi 2020-ci ildə orada baş verən zəlzələdən sonra gənc oğlanın universitetini Malatya şəhərindəki təhsil ocağına dəyişib. Qeyd edək ki, fevarlın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Samir Quliyevlə yanaşı Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə adlı azərbaycanlı tələbələr dağıntılar altında qalaraq həlak olublar.
Oxunub: 115
Xəbəri paylaş
Paylaş: