“WhatsApp” rəhbərindən çağırış: “Telegram”ı tərk edin
“WhatsApp”ın rəhbəri Uill Ketkart “Telegram”-ı istifadəçilər üçün adekvat təhlükəsizlik səviyyəsinin olmamasında ittiham edib və hamını messencerdən imtina etməyə çağırıb .
Globall.az xəbər verir ki, o, bu haqda “Twitter”-də paylaşım edib. "Telegram defolt olaraq başdan-başa şifrələnmir və qruplar üçün E2EE (başdan-sona şifrələmə) təklif etmir"- deyə qeyd edib.
O, bu sözləri ilə “WhatsApp”-ın üstünlüyünü göstərmək istəyib.
Kertkat, həmçinin “Telegram”-da, hətta qapalı söhbətləri oxumağa imkan verən zəifliyin aşkar edildiyini iddia edən “Wired”in məqaləsinə istinad edib.
Oxunub: 230
Xəbəri paylaş
Paylaş: