"Türkiyə tək ürək": vəsait 115 milyard lirəni keçdi - YENİLƏNİB
“Türkiyə tək ürək” adlı yardım kampaniyası çərçivəsində Azərbaycan Televiziyası, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə xeyriyyə məqsədli ortaq yayım bitib.
Kampaniya çərçivəsində toplanan vəsait 115 milyard 146 milyon 528 min lirə təşkil edib, 9 milyon 10 min SMS göndərilib.
Qeyd edək ki, yığılan vəsait AFAD-ın və Türkiyə “Qızıl ay” cəmiyyətinin hesabına köçürüləcək
xxx
01:21
Fevralın 15-də axşam saatlarından Türkiyənin səkkiz televiziya kanalı zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayıma başlayıb.
Yerli vaxtla saat 01:05-ə olan məlumata görə, kampaniya çərçivəsində 108 milyard 663 milyon 1563 min lirə toplanıb. İndiyədək 6 milyon 862 min SMS göndərilib. Yardım kampaniyası davam edir.
“Türkiyə tək ürək” adlı ortaq yayım ATV, FOX, Kanal D, Kanal 7, Show TV, Star TV, TRT 1 və TV8 telekanalları tərəfindən təşkil olunur.
Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Adana, Osmaniye, Malatya, Diyarbakır, Şanlıurfa və Kilis vilayətlərində zərərçəkənlər üçün Türkiyənin tək ürək olacağı yardım kampaniyası səkkiz telekanalda eyni vaxtda canlı yayımlanır. Ölkənin incəsənət, biznes və idman aləminin məşhur simaları zərərçəkənlərə dəstək olurlar.
Yığılan vəsait AFAD-ın və Türkiyə “Qızıl ay” cəmiyyətinin hesabına köçürüləcək.