Baykal gölündə güclü zəlzələ oldu

Baykal gölünün sularında 5,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb .
Seysmik hadisə yerli vaxtla saat 10:35-də qeydə alınıb. Təkanlar Bolşoe Qoloustnoye kəndindən 18 kilometr aralıda olub. İrkutskda zəlzələnin gücü 3 bal olub .
Hadisə nəticəsində tələfat və dağıntı olmadığı qeyd edilir. İnfrastruktur obyektləri normal işləyir.
Oxunub: 166
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 
 
	 
	 
	





















 
							 
							 
							 
							