Fəxrəddin Qoca Hatayda təhlükə ilə üzləşdi
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca və onu müşayiət edən şəxslər gecə saatlarında zəlzələ bölgəsindəki çadır şəhərciyində keşik çəkən səhiyyə işçiləri ilə görüşüb. Bu əsnada önündə isindikləri ocaqda partlayış baş verib.
Globall.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edilir ki, səhiyyə naziri və ətrafdakı insanlar partlayışın təsiri ilə böyük qorxu yaşayıb.
Hadisədən sonra heç bir açıqlama verilməyib.
Oxunub: 116
Xəbəri paylaş
Paylaş: