Rusiya vətəndaşları Qarabağdan çıxarılıb
“47 Rusiya vətəndaşı, o cümlədən 8 uşaq Qarabağdan təxliyə edilib”.
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin “Teleqram” kanalı bu barədə məlumat yayıb.
“Dünən əldə olunmuş razılaşmalar çərçivəsində əvvəllər “Dağlıq Qarabağ”a gəlmiş Rusiya Federasiyası vətəndaşları təxliyə edilib. 8-i uşaq olmaqla, ümumilikdə 47 nəfər təxliyə edilib”, - məlumatda belə deyilir.
Xatırladaq ki, bu yaxınlarda 43 nəfər Rusiya vətəndaşının da sülhməramlıların müvəqqəti nəzarət zonasından təxliyə edildiyinə dair açıqlama verilmişdi. Lakin həmin Rusiya vətəndaşlarının şəxsiyyəti və milliyyəti barədə məlumat verilmir. /Cebhe.info/
Oxunub: 210
Xəbəri paylaş
Paylaş: