Paşinyan Şarl Mişellə “qeyri-formal” görüşdü

Almaniyanın Münhen şəhərində səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Şurasının sədri Şarl Mişellə qeyri-rəsmi görüş keçirib.
Globall.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.
Görüş zamanı tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini, eləcə də Ermənistan-AB əməkdaşlığını müzakirə ediblər.
Qeyd edək ki, Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edib.
Oxunub: 111
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 
 
	 
	 
	





















 
							 
							 
							 
							