Lənkəranda DƏHŞƏTLİ QƏTL: 71 yaşlı qadını öldürüb evindən pul və qızıl apardılar
Fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub. Globall.az xəbər verir ki, ilkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5 000 manat pul və qızıl zinət əşyaları talanıb. Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Oxunub: 194
Xəbəri paylaş
Paylaş: