Pakistanda şəhərə enən bəbir dəhşət saçdı
Pakistanın paytaxtı İslamabadda bəbir 4 nəfəri yaralayıb.
Globall.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülərdə bəbirin yaşayış massivində gəzərək yoldan keçənlərə hücum etdiyi öz əksini tapıb.
İslamabad Vəhşi Təbiət Təşkilatının əməkdaşlarının yaxalamağa çalışdığı bəbir biri qadın olmaqla 4 nəfəri yaralayıb.
Səlahiyyətlilər evin zirzəmisində qapalı qalan vəhşi heyvanı qəfəsin köməyi ilə tutmağa çalışır.
Qeyd edək ki, İslamabadı əhatə edən və Himalay dağ silsiləsinin ətəyində yerləşən 12600 hektarlıq Marqalla təpələrində yaşayan vəhşi heyvanlara paytaxt küçələrində vaxtaşırı rast gəlmək mümkündür.
Oxunub: 219
Xəbəri paylaş
Paylaş: