Türkiyədə hər 4 dəqiqədən bir zəlzələ olur
Fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ sonradan təkrar təkanlarla davam etməkdədir.
Türkiyənin “Hürriyet” qəzetinin Türkiyə Fövqəladə Hallar İdarəsinə istinadən verdiyi məlumata görə, zəlzələdən sonra 4700 afterşok qeydə alınıb. Yəni hər 4 dəqiqədən bir zəlzələ olur.
Qeyd edilir ki, Anadolu qırılması 5 fərqli yerə sürüşərək 400 km radiusda yer səthini zədələyib.
Son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində 38 mindən çox insan həyatını itirib.
Oxunub: 167
Xəbəri paylaş
Paylaş: