Məşhur bankir yoxa çıxdı
Çinin ən mühüm investisiya banklarından biri olan China Renaissance-ın qurucusu və ölkənin ən mühüm bankirlərindən biri olan Bao Fandan heç bir xəbər yoxdur.
Globall.az xəbər verir ki, şirkətdən bildiriblər ki, Baonun yoxa çıxmasının şirkətin biznesi ilə bağlı olub-olmadığı hələki məlum deyil.
Şirkət səhmləri açıqlayıblar ki, Honq Konq birjasında günə təxminən yüzdə 50 dəyər itirir.
Əvvəllər Credit Suisse və Morgan Stanley kimi aparıcı Qərb banklarında çalışan Bao 2005-ci ildə China Renaissance-ı qurub və 2018-ci ildə birjaya çıxaraq 346 milyon dollar qazanıb.
2022-ci ilinn sentyabrında sözügedən şirkətin keçmiş baş direktoru Conq Lin haqqında istintaq açıldıqdan sonra Bao-nun yoxa çıxması şübhə doğurur.
Çində “korrupsiyaya qarşı” araşdırmalar çərçivəsində maliyyə sektorunda yüksək səviyyəli şəxslərə qarşı icraat başlanıldığı bildirilir.