Müdafiə Nazirliyi təkzib edir:
"Xüsusi təyinatlıların “diversiya həmləsi” barədə düşmən iddiası dezinformasiyadır"
Bu gün qondarma “dqr müdafiə nazirliyi” Azərbaycan tərəfdən təmas xəttində “diversiya həmləsi cəhdi” barədə məlumat yayıb. İddia edilir ki, mayın 22-də erməni qüvvələrinin ön xətdə dayanmış bölmələri Azərbaycan xüsusi təyinatlılarının hərəkətini “vaxtında aşkar edib” və qarşısını alıb. Bu zaman erməni qüvvələrinin itki vermədiyi bildirilir.
Virtualaz.org məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə müraciət edib. Oradan bildiriblər ki, Azərbaycan ordusunun diversiya əməliyyatı keçirməsi barədə qondarma rejimin yaydığı məlumat “növbəti dezinformasiyadır”.
Oxunub: 402
Xəbəri paylaş
Paylaş: