Bakı bulvarında dəhşətli hadisə – Sahildə suyun üzərinə meyit çıxdı
Dənizkənarı Milli Parkın sahilində meyit tapılıb.
Globall.az bildirir ki, dünən saat 16 radələrində bulvarın sahil hissəsində – dənizdən 30-35 yaşlı şəxsin meyiti aşkar edilib. Meyit dərhal götürülüb və aidiyyəti üzrə təhvil verilib.
İlkin araşdırmalarla ölən şəxsin Lənkəran rayon sakini olan 1991-ci il təvəllüdlü Fərid Əbülfət oğlu Ağazadə olması müəyyən edilib. Meyit üzərində zorakılıq əlaməti tapılmayıb.
Onun nə vaxt və hansı şəraitdə dənizə düşməsi məlum deyil.
Araşdırma aparılır.
Oxunub: 165
Xəbəri paylaş
Paylaş: