Ramiz Novruzla vida mərasimi keçirilir
Ötən gün dünyasını dəyişən xalq artisti Ramiz Novruzla evində vida mərasimi keçirilir. Ramiz Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb. Xalq artisti bir neçə dəfə Prezident Mükafatına, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Xalq artisti mədə xərçəngindən əziyyət çəkirdi.
Oxunub: 140
Xəbəri paylaş
Paylaş: