"Real"ın fəxri prezidenti vəfat etdi
![]()
"Real"ın sabiq futbolçusu, baş məşqçisi və fəxri prezidenti Amansio Amaro Varela vəfat edib.
O, 83 yaşında vəfat edib. Bu barədə "kral klubu"nun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Amansio 2022-ci ilin oktyabrından klubun fəxri prezident idi. O, futbolçu kimi. 14 mövsüm ərzində 471 oyun keçirib, 155 qol vurub. "Real"ın əfsanəsi 2 dəfə İspaniya çempionatının bombardiri olub. Ümumilikdə isə "kral klubu" ilə İspaniya liqasının 9 və İspaniya kubokunun isə 3 dəfə qalibi olub. Eyni zamanda, Çempionlar Liqasının da qalibi olub.
Oxunub: 136
Xəbəri paylaş
Paylaş:





















