Türkiyədə dağıntılar altından 1874 uşaq çıxarılıb
Türkiyədə 6 fevralda baş vermiş zəlzələlərdən sonra dağıntılar altından 1 874 kimsəsiz uşaq çıxarılıb.
Məlumatı Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi yayıb.
Bildirilib ki, 1 353 uşaq ailələrinə təhvil verilib. Eyni zamanda 99 uşaq azyaşlılar üzrə müəssisələrin himayəsinə göndərilib.
Hazırda zəlzələ zamanı xəsarət alan 422 uşağın müalicə prosesi davam edir.
Uşaqlardan 1 768-nin şəxsiyyəti müəyyən olunub, 106-nın şəxsiyyəti naməlumdur.
Qeyd edək ki, zəlzələ nəticəsində 43 556 nəfər ölüb.
Oxunub: 150
Xəbəri paylaş
Paylaş: