Casus şəbəkəsi ələ keçirildi
Moldovada fəaliyyət göstərən xarici kəşfiyyat şəbəkəsi ifşa edilib. Bu barədə Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti məlumat yayıb. “Beş nəfər istintaqa cəlb edilib: Hamısı Moldova vətəndaşıdır. İki casus 2022-ci ilin dekabrında saxlanılıb və həbs edilib, daha üçü şübhəli şəxs statusundadır. Onlar üçüncü ölkənin xüsusi xidmət orqanlarına kömək ediblər”, - məlumatda deyilir. Qeyd olunub ki, Moldovadan olan mühacirlərin təxribat fəaliyyətini maliyyələşdirən xarici vətəndaşlar da hüquq-mühafizə orqanlarının nəzərindədir: “Bu qrup 2020-ci ildən istintaq altındadır. Onlar kütləvi etiraz aksiyalarının təşkilində və etnik ədavətin qızışdırılmasında iştirak edirlər”.
Oxunub: 109
Xəbəri paylaş
Paylaş: