Laçın dəhlizində nəzarət-buraxılış və gömrük məntəqələri quraşdırıla bilər - Xaçikyan
“Rusiya variantından uzaqlaşaraq Qərb variantına yaxınlaşan Ermənistan hakimiyyəti Rusiyanın himayəsi ilə bağlanmış üçtərəfli sazişdən yayınır. Bu mənada Ruben Vardanyanın istefası Laçın dəhlizində nəzarət-buraxılış və gömrük məntəqələrinin quraşdırılması ilə nəticələnə bilər”.
Bunu erməni siyasətçi Artur Xaçikyan deyib.
O iddia edib ki, Ermənistan Rusiyadan uzaqlaşaraq Qərbə doğru hərəkətini davam etdirərsə, bu, tamamilə mümkündür.
“Rusiyadan nə qədər uzaqlaşsaq, üçtərəfli sazişin gücünü bir o qədər zəiflədirik”, - Xaçikyan bildirib.
Oxunub: 231
Xəbəri paylaş
Paylaş: