İtalyan restoranları pomidordan imtina ediblər -
SƏBƏB
Böyük Britaniyada fəaliyyət göstərən italyan restoranları qiymət artımı səbəbindən pomidordan imtina ediblər. Globall.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. İtalyanlar britaniyalıları pomidorsuz makaron və pizza hazırlaşmağa çağırıblar. Bildirilib ki, ölkə üzrə italyan mətbəxi üzrə ixtisaslaşmış restoranlar pomidordan istifadəni məcburi olaraq məhdudlaşdırıblar. Bəzi hallarda pomidor pastası menyudan çıxarılıb. İngiltərədəki İtalyan Aşpazlar Federasiyasının məlumatına görə, bir yeşiyi 5 funt (təxminən 10 manat) olan tərəvəz, hazırda yeşiyi 20 funta (təxminən 40 manata) satılır.
Oxunub: 201
Xəbəri paylaş
Paylaş: