Çay evində başlanan mübahisə qətllə nəticələndi -
TƏFƏRRÜAT
Bakıda "çay evində" mübahisə zamanı qətl törətməkdə təqsirli bilinən Vüsal Ələkbərov və Orxan Əhmədov cinayət işi üzrə təfərrüatlar məlum olub. Hadisə Atatürk prospektində fəaliyyət göstərən çay evlərini birində baş verib. Çay evində müştərilər arasında başlanan münaqişə sonardan oranın qarşısında davam edib. Nəticəsə 24 yaşlı Bağır İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırlıb və orada keçinıb. Hadisədən 2 saat sonra 16-cı polis bölməsinə könüllü gəlib təslim olan Vüsal Ələkbərov və Orxan Əhmədov həmin cinayəti törətdiklərini etiraf ediblər. İş üzrə dindirilmiş Orxan Əhmədov bildirib ki, çay evində yeyib-içdikləri zaman Elvin Bağırla gəlib yanlarında əyləşiblər. Söhbət əsnasında Elgiz Abdullayev Elvin Məmmədova xalası oğluna zəng edib guya Elvinin tutulmasını deyib. Məmmədov isə cavab verib ki, mənim xalam oğlu sənə zəng etməyib və məni heç vaxt tutmayıblar. Onlar ucadan danışmağa başlayıblar. Bağır İbrahimov bu söhbətə müdaxilə etdikdə Orxan deyib ki, Elvinlə Elgiz özləri bilər. Bu zaman Bağır ayağa qalxdığından Orxan sol əli ilə İbrahimovun sifətinə şillə vurub. Ətrafdakılar onları aralaşdırmaqla Bağırla Elvini kabinetdən çıxarıblar. Həmin vaxt süfrədən araq şüşəsini götürən Orxan onu İbrahimovun arxasınca atıb. Pilləkənlərlə girişə dogru tələsiy düşərkən Orxan Elvinə arxadan çataraq kəllə ilə zərbə endirib. Dava zamanı Bağır da mübahisəyə qoşularaq bir-birilərinə yumruq və təpiklə zərbələr vurublar. Onların yanında Elgiz, Vüsal və Rza olub. Kimsə onu aralayıb kənara çəkib. Daha sonra Vüsalın əlində qana bulaşmış bıçağın olduğunu görüb. Bağır əyilib yerə oturub. Rza Vüsalın əlindən bıçağı alıb. Daha sonra Elvinlə Fərid Bağırı yerdən qaldırıb maşınla xəstəxanaya yollanıblar. Orxan isə dostları ilə hadisə yerindən uzalaşaraq dostunun yaşadığı binanın qarşısına gəlib. Paltarı qana bulaşdığı üçün dostu ona evlərindən paltar gətirib. Paltarını dəyişdikdən sonra dostları ilə birlikdə başqa çay evinə gediblər. Orada söhbət zamanı Vüsal Ələkbərov Bağıra bir bıçaq vurduğunu bildirib. Elə həmin vaxt Elvin Elgizə zəng edərək Bağırın xəstəxanada öldüyünü xəbər verib. Bundan sonra onlar polisə gedərək təslim olublar. Digər təqsirləndirilən Vüsal Ələkbərov isə bildirib ki, Orxanın Bağırın arxasınca atdığı boş araq şüşəsi ona dəyməyib. Vüsalda kabinetdə oturan uşaqlarla birlikdə çay evinin zalına çıxıb oarda Orxanla Bağırın əlbəyaxa olduğunu görüb. Təximnən 5 qədidə davam edən dava zamanı Əhmədov yumruq və təpiklə Bağırı vuraraq ünvanına söyüşlər söyüb. Vüsal Ələkbərovun sözlərinə görə Orxan Bağırı vuran vaxt o,əlini arxaya dogru atıb. Cibindən bıçaq çıxarıb dostunu vurmaq istədiyini zənn edərək ondan əvvəl üzərindəki bıçağı çıxarıb Bağırı vurub. Yaralının öldüyünü biləndən sonra polisə gedərək təslim olub. Məhkəmə prosesində təqsirləndirilən Orxan əhmədov ittiham üzrə özünü təqsirli bilməyib. Vüsal Ələkbərov isə özünü qismən təqsirli bilərək əməlindən peşman olduğunu bildirib. Sonda məhkəmənin hökmü ilə Vüsal Ələkbərov 10, Orxan Əhmədov isə 9 il müddətinə azadlıqdan məhrum olunub.