İstanbuldan İrəvana gələn erməni saxlanıldı -
NİYƏ?
İstanbul-İrəvan reysinin sərnişini qeyri-qanuni yolla almaz daşlarını Ermənistana keçirməyə cəhd edib. Globall.az xəbər verir ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsi tərəfindən Türkiyədən ölkəyə qeyri-qanuni olaraq almaz daşlarının gətirilməsi faktı aşkarlanıb. Məlumata görə, sərnişinin cibindən polietilen torbaya bükülmüş 6 ədəd, ümumi çəkisi 14 qram olan almaza bənzər daşlar tapılıb. Gömrükçülər baqaja baxış keçirən zaman içərisində çəkisi 29 qram olan almaz daşlarla dolu başqa çanta aşkar ediblər. Tapılan almaza bənzər daşların ümumi çəkisi təxminən 43 qram olub. Ermənistanın “Gömrük tənzimlənməsi haqqında” Qanunun 316-cı maddəsi ilə gömrük qaydalarının pozulması faktı üzrə protokol tərtib edilib. Növbəti inzibati icraatı təmin etmək üçün iş materialları Ermənistan Dövlət Gəlirləri Komitəsinin hüquq şöbəsinə göndərilib.