Türkiyədə gün ərzində ikinci güclü zəlzələ oldu - YENİLƏNİB
Türkiyənin Malatya şəhərinin Yeşilyurd rayonunda bu gün günorta saatlarında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 69 nəfər yaralanıb.
Bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.
Onun sözlərinə görə, hadisə yerinə 400-ə yaxın xilasedici cəlb olunub.
Məlumata görə, axtarış-xilasetmə qrupları zəlzələ bölgəsinə helikopterlə daşınıb.
Türkiyənin təhsil naziri Mahmut Özer isə bildirib ki, zəlzələ nəticəsində 22 bina çöküb.
***
Türkiyənin Malatya bölgəsində 5,6 maqnitudalı zəlzələ baş verib.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, Yeşilyurt rayonunda yerli vaxtla 12:04-də qeydə alınan təkanların dərinliyi 6.97 km olub.
***
Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD)
Bildirilib ki, yeraltı təkanların ocağı 8,51 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 06:51-də qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.