Emmanuel Makron prezident təqaüdündən imtina etdi
Fransada təqaüd islahatlarına qarşı etirazlar davam etdiyi bir vaxtda ölkə prezidenti Emmanuel Makron gözlənilməz açıqlama verib.
Euronews.com-un məlumatına görə, o, gələcəkdə alacağı təqaüddən imtina edib.
Qeyd edək ki, Makronun 20 min avro təqaüd alacağı gözlənilirdi.
O həmçinin Konstitusiya Məhkəməsi üzvü olmayacağını da bildirib. Buna görə də o, almalı olduğu 20 min avroluq maaşdan imtina edib.
Yelisey sarayından gələn açıqlamaya görə, Makron bu addımı göstəriş üçün deyil, müdafiə etdiyi dəyərlərə sahib çıxmaq üçün atıb.
Oxunub: 297
Xəbəri paylaş
Paylaş: