Bakıda 8 Mart “küləyi”: Güllərin qiymətində fantastik bahalaşma -
QİYMƏTLƏR
Hər kişi öz xanımını, dost-tanışını 8 Martda hədiyyəsiz qoymaq istəmədiyindən indidən öz büdcəsini hesablamağa başlayır. Globall.az bayramqabağı paytaxtın gül dükanlarındakı qiymətlərlə maraqlanıb. Araşdırma zamanı məlum olub ki, bu dəfə də Bakının gül mağazaları öz ənənələrinə sadiq qalıblar və qiymətlər xeyli yüksəkdir. Ən çox istifadə olunan gül buketlərinin qiymətləri aşağıdakı kimidir: Mono buketlər (tək növ çiçək) – 35 manatdan başlayır. Bu qiymət isə 400 manatdan 660 manata qədər qalxır. Miks buketlər (qarışıq çiçək növləri) – 50 manatdan başlayır. Bu güllər arasında 180, 240, 270 manata təklif olunan buketlər də var. 8 Martda ən çox üstünlük verilən güllər qızılgüllərdir. Bu güllərdən hazırlanan buketlərin qiyməti isə 45 manatdan başlayır və 400-800 manata qədər qalxır. Mağazalar müştərilərə tək qızılgüllər də təklif edir. Qiymətlər isə bu şəkildədir: Qırmızı, çəhrayı, sarı, narıncı qızılgüllərin bir ədədi 4 manat, mavi və göyqurşağı qızılgüllərin bir ədədi isə 5 manatdır. Satışda VİP gül buketləri də var ki, onların qiyməti 70 manatdan başlayır və 1800 manatadək qalxır. Qeyd edək ki, bu buketləri kreditlə almaq da mümkündür.