9 yaşlı oğlan faciəvi şəkildə öldü
İmişlidə ağır yol qəzası baş verib. Globall.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Çaxırlı kəndi ərazisində Hüseyn Hətəmxanov idarə etdiyi “Mercedes” markalı yük maşını ilə 2014-cü il təvəllüdlü Cavid Mehdizadəni vurub. Ağır xəsarət alan azyaşlı hadisə yerində ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oxunub: 101
Xəbəri paylaş
Paylaş: