Adil Kərimli idarə rəisini işdən çıxardı
Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib. Mədəniyyət Nazirliyindən bildirilib ki, bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli əmr imzalayıb. Digər əmrlə, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynova işində yol verdiyi ciddi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Oxunub: 127
Xəbəri paylaş
Paylaş: