“Avropa rəsmisi açıq şəkildə dedi ki, sizi anlayırıq, amma Qarabağ...” – Mamicanyan
“Ermənistan-Azərbaycan danışıqlarında “Qarabağın statusu” məsələsi müzakirə edilmir”. Bunu Ermənistan parlamentinin deputatı Hayk Mamicanyan deyib. “Qarabağın statusu” və “öz müqəddəratını təyinetmə hüququ” ilə bağlı çıxışımdan sonra kifayət qədər yüksək rütbəli Avropa rəsmisi açıq formada bizə dedi ki, cənab Mamicanyan, sizin mövqeyinizi bilirik, amma məsələ bu deyil, Nikol Paşinyan uzun müddətdir “status”la bağlı heç bir danışıqlar aparmır və davam edən danışıqlar tamamilə Qarabağın Azərbaycanın bir hissəsi kimi gələcəyinə əsaslanır. Kim dediklərimi inkar etməyə cəsarət edərsə, adlar çəkilə bilər”, - deputat bildirib. Mamicanyan qeyd edib ki, söhbət Avropa Parlamentinin sessiyasından gedir: