“Bəsic” güneyli gənc Fatiməni hicaba görə öldürdü
Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərindən olan 19 yaşlı Fatimə Fərahətmənd adlı gənc qız SEPAH-a bağlı “Bəsic” qüvvələri tərəfindən öldürülüb. O, şəxsi avtomobilini hicabsız idarə etdiyinə görə “Bəsic” qüvvələri tərəfindən təqib olunub və qəza törədərək həyatını itirib. Qeyd edək ki, İranda etiraz aksiyalarının səngiməsindən sonra məcburi hicab qaydaları daha sərt şəkildə tətbiq olunmaga başlayıb.
Oxunub: 132
Xəbəri paylaş
Paylaş: