Türkiyədə müxalifətin altılı masası dağıldı -
QALMAQAL
İYİ Partiya lideri Meral Akşener 6 nəfərlik masadan ayrıldıqlarını açıqlayaraq İstanbul Böyük Bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara Böyük Bələdiyyə (ABB) sədri Mansur Yavaşa zəng edib. Globall.az xəbər verir ki, bu gün İYİ Partiya İdarə Heyətinin növbədəkənar toplantısında qarşıda gələn seçkilər və altılı masada yaranmış durum müzakirə olunub. Akşener bildirib ki, altılı masada partiyanın qarşıdakı prezident seçkilərində irəli sürdüyü Əkrəm İmamoğlu və Mansur Yavaşın namizədliyi qəbul edilməyib. “Biz İYİ Partiya olaraq iki adın namizədliyi ilə bağlı fikrimizi bildirdik. Bu adlar Mənsur Yavaş və Əkrəm İmamoğludur. Bu təkliflər rədd edildi. Türkiyədən daha çox şəxsi ambisiyalara üstünlük verilirdi. Biz qumar masasında və ya notarius masasında olmayacağıq.
Mən cənab İmamoğlu və Yavaşa zəng etmək istəyirəm. Sənə atılan bütün böhtanlardan vicdanla çıxdın. Bütün maneələrə baxmayaraq çox çalışdınız. Siz işinizi ən yaxşı şəkildə etdiniz. Kritik qırılma astanasında millət sizi vəzifəyə çağırır”, - Akşener bildirib.